Загрузка...
Xəbər lenti



Загрузка...

Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı – YENİLƏNİB
Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı – YENİLƏNİB
25 Yanvar 2017 / 11:48 / Baxış sayı: 1310
Font1 Font2 Font3 Font4
Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharının təfərrüatı məlum olub.
Publika.az-ın hadisə yerində olan əməkdaşının araşdırması zamanı bəlli olub ki, qonşuların əksəriyyətinin R.Quliyevin binada yaşamasından xəbəri belə yoxdur. Onlar evə kiminsə gəlib-getdiyini heç vaxt görmədiklərini deyirlər.
Sakinlərindən heç bir məlumat ala bilməsək də, binanın mühafizəçiləri onu tanıyır.
Mühafizəçilər R.Quliyevin bu evində daimi yaşamadığını söyləyir: “Hərdən bura gəlirdi, bir neçə saat qalıb gedirdi. Başqa evinin olduğunu bilirdik. Evli idi, amma heç vaxt ailə üzvləri, yaxınları bura gəlməmişdi. Bilirdik ki, keçmiş polis işçisi olub, amma indi mühafizəçi işləyirdi. Harada işlədiyini dəqiq bilmirik. İntihar edəndə də ayağında corab yox idi, amma mühafizəçi geyiminin əynindən çıxarmamışdı. Cibindən psixotrop dərmanlar çıxıb. Son vaxtlar problemləri var idi. Yoldaşından ayrılmışdı, ona görə də əhvalı yaxşı deyildi. Bu, onun ikinci evliliyi idi”.
Mühafizəçilərin sözlərinə görə, indiyə qədər bu evinə heç bir yaxını gəlməsə də, bu gecə 04 radələrində qardaşı olduğunu deyən biri gələrək evə girmək istəyib: “Lakin gecə mühafizəçilərimiz buna icazə verməyib. Əraziyə polis, prokurorluqdan gəlmişdilər. Evdə bu gün ekspertiza qrupunun araşdırma aparacağı deyilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə