Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aldadılan qadından 50 milyon dollarlıq İNTİQAM – FOTO
Aldadılan qadından 50 milyon dollarlıq İNTİQAM – FOTO
25 Yanvar 2017 / 10:44 / Baxış sayı: 980
Font1 Font2 Font3 Font4

Xəyanətə uğradığı üçün boşanan Ö.S.-in intiqam hirsi bitmədi. Dedektivlə razılaşan Ö.S. Çindən gətirtdiyi cihazla keçmiş həyat yoldaşının imzasını “oğurlayaraq” 50 milyon dollarlıq sənət hazırlayıb.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, İzmirli M.E.S. 2010-cu ildə şirkətində işləyən gənc katibə S.G.-yə aşiq olub. Cütlüyün bu əlaqədən bir  uşaqları da olub.

Hadisəni öyrənən iş adamının yoldaşı Ö.S. 5 ildən sonra 2 ay əvvəl bitən iddiada bir neçə daşınmaz əmlak – təxminən 3 milyon lirə təzminat alaraq boşanıb. Ancaq aldadılan qadının intiqam hissi ondan əl çəkməyib.

İş adamının katibə sevgilisinin evinə kuryer kimi gedən detektiv bir uşaq jurnalı təhvil verərək imza çəkmısini istəyib.

50 milyon dollarlıq SƏNƏD HAZIRLADI

Daha sonra iş adamı və ortağının müəyyən etdiyi imzalarını Çindən gətirdikləri elektron cihaz vasitəsilə “normal” imza kimi istifadə edən detektiv 50 milyon dollarlıq sənəd hazırlayıb.

Gəmi sahibi və sevgilisini zamin verdi

Sənədləri iş adamının ortağı N.B.-nin adına hazırlayan detektiv qadının keçmiş ərini və sevgilisini də zamin olaraq qeyd edib. Bu sənədlərin surətlərini kuryerlə Bodrumda yaşayan N.B.-yə göndərib.

N.B. dərhal İzmirdəki ortağı M.E.S.-ə zəng edib. Kuryerin görüntüsünü əldə edən iş adamı həmin kuryerin 2 il əvvəl də sevgilisinin evinə bir uşaq jurnalı gətirib imzasını aldığını, sonra da bu imzanın təqlid edilərək 70 min lirəlik sənəd göndərildiyini, imza atmadığı halda sənəddəki imzanın sevgilisinə aid olduğu üzə çıxdığı üçün pulu faizi ilə ödədiklərini söyləyib.

İş adamı və sevgilisi şikayətçi olublar. Polis iş adamının keçmiş həyat yoldaşı Ö.S. və onun iş birliyi etdiyi 15 nəfəri nəzarətə alıb. Ö.S.-in iş adamının sevgilisi S.G.-yə: “100 milyon dollarlıq daha bir sənəd var. Şikayətdən əl çəkməsəniz, onları yayacağıq”, – deyərək şantaj etdiyi təyin olunub. Gənc qadının şikayətindən sonra Ö.S.-in K.Ş. adlı digər bir şantajçı ortağı nəzarətə alınıb.

arxiv.bizimxeber.az

Aldadılan qadından 50 milyon dollarlıq İNTİQAM - FOTO

Aldadılan qadından 50 milyon dollarlıq İNTİQAM - FOTO



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə