Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Köçkün tələbələrin təhsilhaqqından azad edilməsi qüvvədə qalacaq”
“Köçkün tələbələrin təhsilhaqqından azad edilməsi qüvvədə qalacaq”
25 Yanvar 2017 / 11:54 / Baxış sayı: 934
Font1 Font2 Font3 Font4
Bunu Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.
Ə.Həsənov deyib ki, ödənişli ixtisaslar üzrə təhsil alan məcburi köçkün tələbələrin ödənişdən azad edilməsi qüvvədə qalacaq: “Bundan sonra da məcburi köçkün tələbələr dövlət ali məktəblərində təhsil aldıqları müddətdə ödənişdən azaddırlar. Bu güzəştin ləğvi nəzərdə tutulmayıb”.
Dövlət Komitəsinin sədri məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınmasının da qüvvədə qalacağını açıqlayıb. “Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olunan məcburi köçkün tələbələr əvvəlki qaydada təhsillərini davam etdirəcək”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə