Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda qadın ofisiantlar dalaşdı, biri bıçaqlandı
Bakıda qadın ofisiantlar dalaşdı, biri bıçaqlandı
25 Yanvar 2017 / 11:58 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4

Hadisə Binəqədi qəsəbəsində baş verib

Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb. arxiv.bizimxeber.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb. Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə