Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-London aviareysində insident: polis bələdçiləri saxladı
Bakı-London aviareysində insident: polis bələdçiləri saxladı
25 Yanvar 2017 / 12:27 / Baxış sayı: 954
Font1 Font2 Font3 Font4

Yanvarın 24-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

arxiv.bizimxeber.az



Bakı-London aviareysində insident: polis bələdçiləri saxladı yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə