Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Martin Şults Angela Merkelə rəqib olacaqmı?
Martin Şults  Angela Merkelə rəqib olacaqmı?
25 Yanvar 2017 / 15:54 / Baxış sayı: 982
Font1 Font2 Font3 Font4

Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) lideri, AFR-in iqtisadiyyat naziri və vitse-kansleri Ziqmar Qabriel AFR kansleri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.

O, bu vəzifəyə Avropa Parlamentinin sabiq sədri Martin Şultsun namizədliyini təklif edib. Bu barədə Ziqmar Qabriel “Stern” jurnalına və “Die Zeit” qəzetinə müsahibəsində məlumat verib və çərşənbə axşamı bundestaqda ASDP fraksiyasının iclasında öz fikrini təsdiq edib.

Sonra ASDP-nin rəyasət heyəti rəsmi olaraq Martin Şultsun federal kansler vəzifəsinə və Ziqmar Qabrielin varisi kimi partiya sədrliyinə namizədliyini irəli sürüb. Ziqmar Qabriel ASDP-nin dünənki iclasından sonra deyib: “Bu, rəyasət heyətinin partiyanın idarə heyətinə təklif kimi yekdilliklə qəbul edilmiş qərarıdır”.

Beləliklə, Martin Şults mühafizəkar Xristian Demokratik İttifaqından dördüncü dəfə namizədliyini irəli sürəcək Almaniya hökumətinin başçısı Angela Merkelə rəqib olacaq. Almaniya parlamentinə seçkilər bu il sentyabrın 24-ə nəzərdə tutulur.

Xatırladaq ki, bu həmin Şultsdur ki, yaxın keçmişdə Yunanıstandan olan deputat Elefterios Sinadinosu irqçi antitürk çıxışına görə Avropa Parlamentinin iclas zalından rüsvayçılıqla qovub: https://www.youtube.com/watch?v=yv_5v32Apkk

 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə