Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azercell-in prezidenti qalib tələbələrlə görüşdü
Azercell-in prezidenti qalib tələbələrlə görüşdü
25 Yanvar 2017 / 17:53 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4

Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb. 

Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib.

Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” – deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.

Adı, soyadı Universitet İxtisas

Rafiq Abbasov Azərbaycan Dövlət Iqtisad Universiteti Dünya İqtisadiyyatı

Dunay Xasaylı Bakı Dövlət Universiteti Hüquqşünaslıq

Əli Ələkbərli A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq

Aynur Əsədli ADA Universiteti Beynəlxalq elmləri

Səbinə Əzimova A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Kompyuter Elmləri

Günel Abdullayeva Bakı Dövlət Universiteti Hüquqşünaslıq

Əzim Həşimov Xəzər Universiteti Neft-Qaz Mühəndisliyi

Sultan İsgəndərov Gəncə Dövlət Universiteti Kimya-Biologiya müəllimliyi

Hikmət Cəfərli Qafqaz Universiteti Kompyuter Mühəndisliyi

RəsuKərimov l Qafqaz Universiteti Kompyuter Mühəndisliyi

Məmməd Hacılı Qafqaz Universiteti Kompyuter Mühəndisliyi

Zümrüd Məlikzadə Gəncə Dövlət Universiteti Riyaziyyat-İnformatika

Kənarə Muradova Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər

Mustafa Bünyamin Qafqaz Universiteti Maliyyə

Tərlan Mustafayev A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Menecment

Məhəmməd Namazlı ADNSU Neft-Qaz Mühəndisliyi

Aysel Qarayeva Bakı Dövlət Universiteti Hüquqşünaslıq

Könül Qurbanlı ADA Universiteti İT və sistem mühəndisliyi

İnci Rzayeva Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər

Asiman Səidzadə Bakı Ali Neft Məktəbi Neft-Qaz Mühəndisliyi

Şahin Xəlilov AzTU Kompüter mühəndisliyi

Həsən Şirəliyev A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Menecment

Ələddin Şıxızadə Qafqaz Universiteti Kompüter mühəndisliyi

Tacirə Cəfərova Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə

Rukiyyə Tağısoy A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası Hüquqşünaslıq

Təhminə Əzimzadə AzMİU Memarlıq

Nemət Zülfüqarlı Gəncə Aqrar Universiteti Mühasibat Uçotu və audit

Kamilla Nəbiyeva Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və İqtisadiyyat

Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.

Məlumat üçün bildirək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir.

Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir.

Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə