Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fikrət Fərəməzoğlunun səhhəti pisləşdi
Fikrət Fərəməzoğlunun səhhəti pisləşdi
26 Yanvar 2017 / 11:35 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun səhhəti pisləşib. Bu barədə jurnalistin xanımı Faiqə İbişbəyli məlumat verib. 

Onun sözlərinə görə, dəfələrlə həbsxana rəhbərliyinə müraciət edilsə də, jurnalistin səhhəti ilə maraqlanan olmayıb: “Bu gün Fikrət Fərəməzoğlu zəng etmişdi. Dişlərinin və böyrəklərinin ağrısı o həddə çatıb ki, artıq dözə bilmir. Dəfələrlə həbsxana rəhbərliyinə müayinə və müalicə olunması üçün müraciət edib. Ancaq bu müraciətlərə məhəl qoyan olmayıb”.
Jurnalistin xanımının sözlərinə görə, F.Fərəməzoğlu Qızıl xaç Komitəsinə zəng edərək onlardan yardım istəyib: “Bu gün Qızıl Xaç Komitəsinin əməkdaşları Fikrətlə görüşüb. Bildiriblər ki, sabah həkim müayinəsi olacaq. Onlara təşəkkür edirəm”.(Yenicag.az)
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə