Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saksafonçu, xeyriyyəçi, yazıçı… – Sabiq prezidentlər nə ilə məşğul olurlar? – FOTOLAR
Saksafonçu, xeyriyyəçi, yazıçı… – Sabiq prezidentlər nə ilə məşğul olurlar? – FOTOLAR
29 Yanvar 2017 / 16:40 / Baxış sayı: 1264
Font1 Font2 Font3 Font4

Prezidentlik müddətini bitirdikdən sonra ABŞ-ın keçmiş birinci şəxsləri əvvəlki kimi dövlətin himayəsi altında olurlar. Pulsuz müalicə, mühafizə, pensiyalar dövlət imtiyazlarının yalnız kiçik hissəsidir.

Bir sözlə, prezidentlik müddətini bitirdikdən sonra keçmiş dövlət başçısı çörək pulunu necə qazanacağını düşünmür. O, birinci sinif dövlət məmurunun maaşına uyğun olan pensiya təminatına güvənir. Keçmiş prezidentin ailəsi mühafizə altına alınır, hərbi hospitalda pulsuz müalicə və hətta dövlət hesabına dəfn hüququndan istifadə edir. Tək xoşagəlməz hadisə iki müddətdən sonra Ağ Evi həmişəlik tərk etməkdir. Bill Klinton ora yeni keyfiyyətdə qayıtmağa çalışırdı, amma o, buna müvəffəq olmadı.

ABŞ-ın həyatda olan keçmiş prezidentləri hazırda nə ilə məşğul olurlar?

Barak Obama

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın nə ilə məşğul olacağı hələlik məlum deyil. O, müsahibələrdən birində bildirmişdi ki, “LinkedIn” sosial şəbəkəsi vasitəsilə işi tapmaq istəyir. Lakin bu, zarafata daha çox oxşayırdı. Ailə sabiq prezidentin kiçik qızı məktəbi qurtarana kimi Vaşinqtonu tərk etməməyə qərar verib. Obama ailəsi ilə paytaxtın Kalorama rayonuna köçüb. Ehtimal var ki, burada yeni kitabını yazacaq.

O, artıq üç kitab müəllifidir. Onlardan birincisi hələ 1995-ci ildə çıxıb. Avtobioqrafik kitab “Atamın arzuları” adlanırdı. 2007-ci ildə “Ümidin cəsarəti”, 2010-cu ildə isə “Sənin üçün oxuyuram: Qızıma məktub” kitabları dərc olunub.

2016-cı ilin dekabrında Obamanın məsləhətçi Devid Akselrod CNN-ə müsahibəsində deyib ki, sabiq prezident səlahiyyət müddətini başa çatdıran kimi yeni kitabı yazmağa başlayacaq.

Kiçik Corc Buş

Kiçik Corc Buş 2009-cu ildə prezident postunu tərk edərək ailəsi ilə Dallasa köçüb. O, burada 790 kvadrat metrlik evi sahəsi və 0,5 hektar torpaq sahəsi əldə edib. Amerikanın “Zillow” portalının məlumatına görə, mülk sabiq prezidentə təxminən 3,5 milyon dollara başa gəlib.

Təqaüddə olan prezident kübar həyat sürür, tez-tez yerli tədbirlərdə olur və qonşularını mülkünə dəvət edir. O, Dallas cəmiyyətinə olduqca tez uyğunlaşıb. Kiçik Buş Prezident Kitabxanasını və öz adına Siyasi Tədqiqatlar İnstitutunu təsis edib. O, memuarlar və ödənişli çıxışlardan da pul qazanır.

Uinston Çörçillin nümunəsindən ilhamlanan Buş şəkil çəkməyə başlayıb. Sabiq prezident 2014-cü ildə Prezident Kitabxanasında çəkdiyi şəkillərinin sərgisini açdı. “Liderlik sənəti: prezidentin şəxsi diplomatiyası” adlanan sərgi Vladimir Putin, Toni Bleyr və böyük Corc Buş da daxil olmaqla məşhur siyasətçilərin 30 portretindən ibarət idi.

Kiçik Buş xeyriyyəçiliklə də məşğul olur.

Bill Klinton

2001-ci ilin yanvarında prezidentliyin son günlərində Bill Klinton Nyu York ştatından senatorun əri oldu. Xanım Klinton ərinin prezidentlik müddətinin sonunu gözləmədən Senata namizəd olmağa qərar qəbul etdi və 2001-ci il yanvarın 3-də bu postda yerini tutdu. Ağ Evi tərk edən Klintonlar Vaşinqtonda – beş yataq otağının olduğu evdə məskən saldılar. 500 kvadrat metr sahəsi olan ev 1951-ci ildə tikilmişdi və sabiq prezidentə demək olar ki, 3 milyon dollara başa gəldi.

Sabiq prezidentin “Levinski işində” onu müdafiə etmiş vəkillərə böyük miqdarda borcu yarandı.

Bill Klinton hazırda pullu mühazirələr oxuyur. O, Klinton Fondunun əsasını qoyub. Fond immun çatışmazlığı, qlobal iqlim dəyişikliyi, yoxsulluq və digər məsələlərlə məşğuldur. Və əlbəttə saksafon sabiq prezidentin hobbisi olmaqda davam edir. Saksafonda ifa bütün dünyanın simpatiyasını qazanmağa kömək edib. Prezident-saksofonçudan daha sevimli nə ola bilər?

Bill Klinton siyasi karyerasını başa vuranda onun xanımı siyasətlə məşğul olmağa davam etdi. 2008-ci ildə ABŞ dövlət katibi postunu tutdu. Bundan əvvəl isə Demokratlar Partiyasında keçirilən praymerizdə Barak Obamaya uduzdu. 2016-cı il seçkilərində isə Donalda TrampI keçə bilmədi. Beləliklə, ötən il Bill Klinton ABŞ-ın birinci centlilmeni olmaq şansını qaçırdı. Lakin Hillari hələ siyasətlə vidalaşmağa hazırlaşmır, ona görə Bill üçün hələ hər şey itirilməyib.

Böyük Corc Buş

Corc Buş prezidentliyindən sonra arvadı ilə birlikdə doğma Hyustona qayıtdı. Sabiq prezidentlər kimi böyük Buş da pullu mühazirələrdən yaxşı qazanırdı. Həmçinin siyasi məsələlər üzrə oğlu ilə məsləhətləşirdi (onun oğlu Ceb Buş Florida ştatının qubernatoru idi). Öz adını əbədiləşdirmək üçün Buş böyük prezident kitabxanası və muzeyin yaradılması ilə məşğul oldu.

Son illərdə Buş parkinson xəstəliyindən əziyyət çəkir və əlil arabasında hərəkət etməyə məcbur olub. Ancaq onun ruhu gümrahlığını saxlayır və öz yaşıdları üçün ilhamverici nümunə ola bilər.

Böyük Buş yaxın vaxtlarda reanimasiyada bir neçə gün keçirdi və bu, ona Trampın inaqurasiyasında iştirak etməyə imkan vermədi. Ancaq yanvarın 22-də məlum oldu ki, 92 yaşlı sabiq prezident xəstəxanadan evə buraxılıb.

Cimmi Karter

Cimmi Karter 40 il əvvəl ABŞ prezidenti postunu tutdu və 1981-ci ilə qədər dövlət başçısı postunda oldu. Karter prezidentlik müddətini bitirdikdən sonra Atlantada prezident kitabxanasını yaratdı. Əsasını qoyduğu Karter Mərkəzində köməkçiləri ilə birlikdə beynəlxalq problemləri həll etməyə çalışırdı. Bundan başqa, o, kasıblara kömək edir, onlar üçün ev tikir, Afrikada xəstəliklərlə mübarizə aparırdı. Karter Yuqoslaviya münaqişəsində vasitəçi idi.

Prezidentliyi illərində Karter xarici hərbi böhranların nizama salınması ilə məşğul olurdu. Təqaüddə olarkən isə öz təcrübəsindən maksimum şəkildə istifadə etməyə çalışırdı. Karter müxtəlif beynəlxalq missiyalar üçün ştatdankənar səfir rolunda çıxış edir, şəffaf seçkilərin keçirilməsi üçün mübarizə aparır və Yaxın Şərq məsələləri üzrə prezidentlərlə məsləhətləşirdi. O, 20-dən çox kitab, həmçinin memuarlar, şeirlər toplusu və uşaqlar üçün kitabı dərc edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə