Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan tələb etsə, biz hasilatı azaldacağıq
Azərbaycan tələb etsə, biz hasilatı azaldacağıq
26 Yanvar 2017 / 12:03 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4

“Tənzimləyicilər tələb edərsə, BP Vyana sazişinə qoşulan bütün ölkələrdə neft hasilatını azaltmağı hazırdır”.

APA xəbər verir ki, bunu BP-nin baş icraçı direktoru Robert Dadli bildirib.

Onun sözlərinə görə, şirkət müstəqil olaraq bu cür qərarlar vermir: “Bu cür məsələlər ölkələrin tənzimləyicilərinin nəzarətindədir. Rəsmi Əbu-Dabinin açıqlamasına əsasən deyə bilərik ki, bu qərarın Səudiyyə Ərəbistanındakı hasilatımıza təsir olacaq. Bununla yanaşı, Azərbaycan da bəyan edib ki, hasilatı azaldacaq. Biz şirkət olaraq bu cür qərarları vermirik. Bu, tənzimləyicinin tələbindən asılı olan qərardır”.

Xatırladaq ki, ötən ilin noyabr ayının 30-da Avstriyanın paytaxtı Vyanada OPEC üzvləri və kartelə daxil olmayan bəzi ölkələr sutkalıq hasilatın 1,2 mln. barel azaldılmasına dair razılaşma əldə ediblər. Razılaşmaya əsasən, sutkalıq hasilat 32,5 mln. barelə enəcək.

Bundan öncə Azərbaycan prezidenti İlham Əliyev RİA “Novosti” agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər: “Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır”.

Ötən gün isə energetika naziri Natiq Əliyev bildirib ki, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb: “Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə