Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şagirdin göz bəbəyi dağıldı-BƏDBƏXT HADİSƏ
Şagirdin göz bəbəyi dağıldı-BƏDBƏXT HADİSƏ
26 Yanvar 2017 / 14:24 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4

Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

arxiv.bizimxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran Rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyiblər.

Masallı Rayon Xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.

“Qafqazinfo” 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:

“Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıblar. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə, zarafat olub”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə