Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

`Star Wars`ın holoqram texnologiyası yaradılır – FOTO
`Star Wars`ın holoqram texnologiyası yaradılır – FOTO
26 Yanvar 2017 / 23:04 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4

Avstraliya Milli Universitetinin bir qrup alimi insanlar arasında rabitə anlayışını tamamilə dəyişə biləcək sensasion kəşfə imza atıb.

Onlar hər biri saç telindən 500 qat daha incə olan milyonlarla silikon sütunu birləşdirərək işığı üç ölçülü formada yansıda bilən nano-maddə hazırlayıb.

Mütəxəssislər yeni icadın kamera və proyeksiya texnologiyalarında yeni cığır açacağını bildirir. Bununla da “Star Wars” filmlərində holoqramlı xəbərləşmə texnologiyasının günlük həyatda tətbiq olunması üçün heç bir maneə qalmadığı deyilir.

Yeni maddənin sonsuz imkanlara yola açacağını bildirən Sergey Kurk kəşfin ağıllı telefonlarda kameranın ölçülərinin azaldılmasından tutmuş, peyklərdəki kompleks optik sistemlərin ağırlığının azaldıması qədər bir çox fərqli sahələrdə istifadə oluna bilcəyini vurğulayıb.

Araşdırmaların nəticələri “Optica” jurnalında çap olunub. (azvision.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə