Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Yerdə uzanmış cəsədini gördüm” – Psixoloqun anası
“Yerdə uzanmış cəsədini gördüm” – Psixoloqun anası
26 Yanvar 2017 / 17:11 / Baxış sayı: 1496
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayevin özünü yaşadığı evdə kəmərlə asaraq, intihar etdiyi bildirilir. Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Modern.az saytı mərhumun anası Şərqiyə Rzayeva və bacısı ilə əlaqə saxlayıb. Şərqiyə xanım oğlunun öldürülməsi iddialarından tutmuş digər suallara da cavab verib.
“Dəyanətin öldürülməsi ilə bağlı gəzən versiyalar doğrun deyil. O, öldürülməyib. Qapını özüm açdım. Yerdə uzanmış cəsədini gördüm. Oğlum evdə tək yaşayırdı. İki mənzili vardı. Bir mənzildə uşaqları yaşayırdı. Oğlum dincəlmək istəyəndə o biri mənzilə gedirdi. Təkliyə çəkilirdi. Oğlumda bir ana olaraq heç bir qəribə hal müşahidə etməmişəm”
Mərhumun bacısı isə Dəyanət Rzayevin  həyat yoldaşından ayrılması ilə bağlı səslənən fikirlərə belə aydınlıq gətirib: “Qardaşımla həyat yoldaşı bir neçə il bundan qabaq  ayrılıblar. Onlar rəsmi ayrılsa da, çox normal münasibətləri olub. Dəyanət uşaqlarına əsl atalıq edib”.
Mərhumun intihar etməsinə gəlincə, “biz onun nə intihar etməsini, nə də öldürülməsini qəbul edirik. Ekspertizanın nəticələrini gözləyirik. O zaman siz də xəbərdar olacaqsınız. Hər gün onunla danışırdıq. Hal-əhval tuturduq. Sadəcə, bir gün onunla danışmamışıq, o da məlum hadisədən bir gün qabaq”, – deyə bacısı bildirib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə