Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafada maşın körpüsünün altından xeyli hərbi sursat tapıldı
Ağstafada maşın körpüsünün altından xeyli hərbi sursat tapıldı
26 Yanvar 2017 / 20:52 / Baxış sayı: 804
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

arxiv.bizimxeber.az-ın ANAMA-ya istinadən verdiyi xəbər görə, məlumatda deyilir ki, Ağstafa rayonunun Qırlı kəndi – Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən 26-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza, körpü ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 250 kv.m ərazi yoxlanılıb.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə