Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ağ Ev”də yenicə məskunlaşan Donald Tramp günlərini necə keçirir?
“Ağ Ev”də yenicə məskunlaşan Donald Tramp günlərini necə keçirir?
26 Yanvar 2017 / 22:58 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4

ABŞ-ın 45-ci prezidenti Donald Tramp artıq “Ağ Ev”də məskunlaşıb.

Tramp “New York Times” qəzetinə verdiyi müsahibəsində “Ağ Ev”dəki həyatı barədə danışıb.

“Ağ Ev” ABŞ-ın ilk prezidenti Corc Vaşinqton istisna olmaqla, bütün ABŞ prezidentlərinin iqamətgahı olub. Vəzifə səlahiyyətlərinin icrasına cəmi 5 gün əvvəl başlayan Tramp bu iqamətgahda ən çox telefonları və Avraam Linkolnun yataq otağını bəyənib. Hazırda “Ağ Ev”də tək yaşayan Tramp vaxtının çox hissəsini televizor qarşısında keçirir.

Tramp onilliklər boyu Manhettendə özünə aid göydələndə yaşayıb və elə buradaca çalışıb. Vərdişlərində olduqca mühafizəkar olan Donald Tramp seçkiöncəsi kampaniya zamanı hər axşam öz evində gecələməyə çalışıb. Bunun üçün o, mitinqlərdən sonra təyyarə ilə Nyu-Yorka uçub. Tramp yüzlərlə bu tip gecə uçuşları həyata keçirib.

“New York Times” qəzeti yazır ki, Tramp Nyu-Yorkda olduğu kimi indi də bir binada yaşayır və işləyir. “Ağ Ev”in oval kabineti və yazı masası onun xoşuna gəlib. Bu masa ətrafında Con Kennedi, Ronald Reyqan, Bill Klinton, oğul Corc Buş və Barak Obama çalışıb.

“Buradakı telefonlar həyatımda gördüyüm ən gözəl telefonlardır. Dünyada ən təhlükəsiz sistemdir”, -deyə Tramp hökumət rabitə aparatları barədə qeyd edib. Bununla yanaşı o etiraf edib ki, müşavirlərinin etirazlarına baxmayaraq, özünün köhnə və zəif mühafizə olunmuş Android telefonundan istifadə edir, buradan “Twitter”də tvitlər paylaşır.

Tramp səhərlərini öz köhnə evindəki kimi keçirdiyini deyib. ABŞ prezidenti səhərlər 06-00-dan tez yuxudan durur və televizorda xəbərlərə baxır – əvvəlcə yataq otağında, daha sonra qərb tərəfdə yerləşən nahar otağında. Paralel olaraq Tramp qəzetləri nəzərdən keçirir.

Trampın köməkçiləri ilə görüşü təxminən 09:00 radələrində başlayır. Bu, onun biznesmen olduğu vaxtlarda keçirdiyi görüşlərdən daha tezdir. Axşamlar prezident vaxtının böyük hissəsini televizora baxaraq keçirir.

“New York Times” qəzeti yazır ki, Donald Tramp yeni evinə böyük hörmətlə yanaşır. ABŞ prezidenti oval kabinetdə çalışmağı sevib və tez-tez vaxtını məkanı gəzərək keçirir.

Trampın xanımı Melanya və oğlu Berron inaqurasiyadan 2 gün sonra, bazar günü Nyu-Yorka gedib. Belə ki, ən azı bu dərs ilinin sonuna qədər Berronu köhnə məktəbində saxlamaq barədə qərar qəbul olunub. Trampın qızı İvanka həftəsonunu həyat yoldaşı ilə birlikdə atasının evində keçirdikdən sonra Vaşinqtonda aldıqları yeni evə köçüb.

Gərgin iş qrafikinə baxmayaraq, Tramp “Ağ Ev”in incəsənət alətlərindən ibarət kolleksiya ilə tanış olmağa da vaxt tapıb. O, prezident Endrü Ceksonun portretini taparaq onu oval kabinetdə asmağı tapşırıb.

Tramp fevralın əvvəlində istirahət günü Floridaya getməyi planlaşdırır. Burada onun şəxsi mülkü də var.

Hələ ki, Tramp “Ağ Ev”dəki şəxsi iqamətgahında məskunlaşır. Onun sözlərinə görə, yataq otaqları “gözəl və çox zərifdir”. Trampa ,xüsusilə, Avraam Linkolnun gecələdiyi yataq otağında qalmaq güclü təsir bağışlayıb. “Burada o qədər çox tarix var”, -deyə ABŞ prezidenti bildirib.

arxiv.bizimxeber.az

3


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə