Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qafqaz”ın 700 bal toplayan tələbələri hara köçürüləcək?
“Qafqaz”ın 700 bal toplayan tələbələri hara köçürüləcək?
26 Yanvar 2017 / 23:10 / Baxış sayı: 1018
Font1 Font2 Font3 Font4

Fəaliyyəti dayandırılan “Qafqaz” Universitetinin tələbələrinin Odlar Yurdu universitetinə köçürülməsi haqda məlumat yayılıb. İddia edilir ki, yüksək balla universitetə qəbul olan tələbələr əsasən Odlar Yurdu universitetinə köçürüləcəklər.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev AzVision.az-a açıqlamasında iddiaların yalnış olduğunu deyib. O, qeyd edib ki, tələbələrin Odlar Yurdu universitetinə köçürülməsi barədə onlara rəsmi məlumat daxil olmayıb.

Tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan İşçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, bu məsələyə həfətsonu baxılacaq.

Onun sözlərinə görə, İşçi qrupu bu istiqamətdə iş görür: “Əgər yerləşdirmə həyata keçirilsə, “Qafqaz” Universitetinin tələbələri daha üstün, daha yüksək statuslu universitetlərə yerləşdiriləcək. Həmçinin müəllimlər də işlə təmin olunacaq”.

Y.Piriyev bildirilib ki, universitetdə təhsil haqlarından azad olunanlar köçürüləcəkləri ali təhsil müəssisələrində də ödənişsiz oxuyacaqlar.

Nazirlik rəsmisi əlavə edib ki, 700 bal toplayaraq “Qafqaz” Universitetinə daxil olan tələbələr oxumaq istədikləri universitetləri özləri seçəcəklər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə