Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın ticarət nümayəndələri təyin edəcəyi ilk ölkələr
Azərbaycanın ticarət nümayəndələri təyin edəcəyi ilk ölkələr
26 Yanvar 2017 / 23:20 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4

2017-ci ilin birinci rübündə Belarusda rəqabət qabiliyyətli Azərbaycan məhsullarının ixracını təşviq etmək üçün ticarət evi açılacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib: “Hazırda ilk olaraq Belarusda ticarət evinin yaradılması ilə bağlı iş aparılır, bu işlərin ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır. Analoji ticarət evi Ukraynada da yaradılacaq. Eləcə də Rusiya və digər ölkələrdə də ticarət nümayəndələrinin təyin edilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə əvvəlki açıqlamasında bildirmişdi ki, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və Çində də ticarət nümayəndələri təyin etmək niyyətindədir.

Onun sözlərinə görə, ticarət nümayəndələri həmin ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşı statusunu alacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə