Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

`Onları kafir olduqları üçün öldürdüm` – `Reina` terrorçusu
`Onları kafir olduqları üçün öldürdüm` – `Reina` terrorçusu
27 Yanvar 2017 / 11:11 / Baxış sayı: 1024
Font1 Font2 Font3 Font4

İstanbulda Yeni il gecəsi “Reina” klubunda 39 nəfəri öldürən Əbdülqadir Maşaripovun rəsmi ifadəsindən öncə İstanbul Polis İdarəsində polislərlə apardığı söhbətin bəzi detalları məlum olub.

 

AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, terrorçu “Reina” klubuna gələnləri kafir olduqları üçün öldürdüyünü deyib.

Terrorçu keçmişi ilə bağlı bir sıra məqamlara da aydınlıq gətirib: “Əvvəllər Özbəkistan İslam Hərəkatında fəaliyyət göstərirdim. Bu təşkilatın təbliğatını aparmaqla vəzifələndirilmişdim. Təşkilatın təbliğat xarakterli videolarını “YouTube”a yükləyirdim. Daha sonra silahlı təlimlərə qoşuldum. Bir müddətdən sonra bu qrupla aramda fikir ayrılığı yarandı. Ona görə də əvvəlcə Əfqanıstana, oradan Pakistana, son olaraq isə İrana getdim. İŞİD-lə İranda tanış oldum. İrandan Ağrı yolu vasitəsilə qeyri-qanuni şəkildə Türkiyəyə gəldim. Həyat yoldaşım və iki uşağım da mənimlə idi. Silahlı hücum əmrini Konyaya gəldikdən sonra Rakkadakı İŞİD əmirindən aldım”.

Maşaripov qeyd edib ki, silahlı hücum barədə təlimat teleqramla səsli olaraq göndərilib: “Əvvəlcə bombalı hücum planlaşdırmışdıq, ancaq yüksək təhlükəsizlik səbəbindən bunu edə bilmədik. Hadisədə istifadə etdiyim “Kalaşnikov” və maqazinləri Zeytunburnundakı hücrə evinə dostum gətirdi və hadisəni törətməmişdən bir müddət əvvəl mənə verdi. İstanbula dekabrın 16-da gəldim və 29-a qədər Qayaşəhərdə İlyasın evində qaldım. Burada Taksimdə çəkdiyim və kəşfiyyat xarakterli görüntüləri Suriyadakı İŞİD əmirinə göndərdim. Yüksək təhlükəsizlik səbəbindən “Reina”ya hücum etməli oldum. “Reina“dakıları kafir olduqları üçün öldürdüm. Müsəlmanların Yeni ili qeyd etməyəcəyinə inanırdım”.

Terrorçu silahlı hücumu törətdikdən sonra necə qaçmağı planlaşdırdığını da açıqlayıb: “Hadisədən sonra oğlumla bərabər qaçmağı planlaşdırırdım. Lakin oğlumla görüşə bilmədim. Zeytunburnu, Sefaköy və Əsənyurddakı evlərdə gizləndim. Polis axtarış tədbirlərini gücləndirincə, gizləndiyim evlərdən qaçmaq məcburiyyətində qaldım. Sonra Əsənyurda gəldim və oradakı qadınlardan biri ilə dini nigaha daxil oldum. Qaçarkən həyat yoldaşım və qızımı yox, oğlumu özümlə aparmaq istəyirdim”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə