Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Facebook”dan yenilik: Hesabınıza elektron açarla qoşula biləcəksiniz
“Facebook”dan yenilik: Hesabınıza elektron açarla qoşula biləcəksiniz
27 Yanvar 2017 / 21:12 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4

Bu üsul əvvəlkilərdən sürətli olması ilə yanaşı, şəxsi məlumatlarınızı da cibinizdə saxlayacaq

“Facebook” sosial şəbəkəsində yeni funksiya yaradılıb. Yeni funksiya istifadəçilərə, öz hesablarına daxil olmaq üçün elektron açar rolu oynayan fiziki daşıyıcı qurğulardan yararlanmaq imkanı verir. İstiPress TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin ötən gün yaydığı açıqlamada deyilir.

Şirkətin məlumatların qorunması üzrə mütəxəssisi Bred Hillin sözlərinə görə, artıq hər bir istifadəçi özünün “fiziki açar”ını hesabında qeydiyyatdan keçirə bilər. Bundan sonra sosial şəbəkəyə daxil olan zaman, sadəcə, həmin fiziki daşıyıcı qurğunu USB-keçidə quraşdırmaq və hesabın həqiqi sahibi olduğunu təsdiqləmək lazımdır.

“Facebook” əmin edir ki, bu müdafiə üsulu əvvəlkilərdən daha sürətlidir. Eyni zamanda istifadəçilər təhlükəsizlik kodunu yadda saxlamaq və hər dəfə də onu daxil etmək məcburiyyətində qalmayacaq. Bununla da fırıldaqçılar şəxsi məlumatları ələ keçirə bilməyəcək. Elektron açar digər şəxsi hesablarda da, həmçinin “Google” və ya “Dropbox” hesablarında da istifadə oluna bilər.

“Facebook” belə daşıyıcıların “YubiKey” şirkətindən əldə olunmasını tövsiyə edir. Yeni funksiya hələlik bütün brauzerlərdə və mobil qurğularda aktiv olmadığından, “Facebook” hesablarınıza daxil olan zaman bir müddət əvvəlki təhlükəsizliyin qorunması üsullarından istifadə etmək lazım gələcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə