Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ və Britaniya dəyişir: “İraqsayağı müharibələr” olmayacaq – FOTO
ABŞ və Britaniya dəyişir: “İraqsayağı müharibələr” olmayacaq – FOTO
27 Yanvar 2017 / 12:35 / Baxış sayı: 698
Font1 Font2 Font3 Font4

Britaniyanın hazırda ABŞ-da səfərdə olan baş naziri Tereza Mey ABŞ və Britaniyanın bundan sonra da dünyanı öz təsəvvürlərindəki kimi qurmaq məqsədilə keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlarını deyib.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu rəsmi Londronun İraq və Əfqanıstan müharibələrini təkrarlamamaq niyyətini və faktiki olaraq, son 20 ildəki Britaniya xarici siyasətinin radikal dəyişməsini göstərir.

Tereza Mey ABŞ prezidenti Donald Trampın görüşdüyü ilk xarici ölkə lideridir.

Mey deyib ki, Britaniya və Amerika indi yeni xüsusi münasibətlər quracaqlar və bu münasibətlər Çin və Hindistan kimi iqtisadiyyatların Qərbi kölgədə qoymasına imkan verməyəcək.

Buna baxmayaraq iki liderin mövqelərində fərqlər də hiss olunub.

T.Mey işgəncələrdən istifadəni kəskin pisləyib və bildirib ki, Trampın bəzi işgəncə növlərini dəstəkləməsi Londonun bir sıra kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmasına mane olacaq.

Britaniyanın baş naziri Trampın prezident seçilməsini “Amerika üçün yeni eranın dan yeri” adlandırıb.

Britaniya baş naziri bildirib ki, London və Vaşinqton xarici siyasət məsələlərində eyni maraqlar və dəyərləri müdafiə mövqeyindən çıxış etməli olduqlarına inanır.

“Lakin bu bizim keçmişin uğursuz siyasətlərinə qayıdışımız deyil. Britaniya və Amerikanın dünyanı öz təsəvvürlərinə uyğun şəkildə qurmaq məqsədilə suveren ölkələrə müdaxilə etdiyi vaxtlar arxada qalıb. Lakin eyni zamanda bu o demək deyildir ki, biz təhlükə real olanda müdaxilə etmədən fəaliyyətsiz qala bilərik”, – T.Mey deyib.

Tereza Meyin bu bəyanatı Trampın inauqurasiya nitqində dedikləri ilə səsləşir.

Xatırladaq ki, Tramp demişdi: “Biz öz həyat tərzimizi başqalarına sırımayacağıq, lakin onu nümunə kimi parladacağıq”.

Tramp və Putin arasında pozitiv münasibətlərin olmasına baxmayaraq, Britaniyanın baş naziri çıxışında Rusiyanı tənqiddən çəkinməyib.

O həmçinin İranın Yaxın Şərqdəki neqativ təsirini diqqətdən buraxmamağa çağırıb.

Mey deyib ki, Soyuq müharibəyə qayıtmaq qaçılmaz deyildir, lakin Rusiya ilə güc mövqeyindən danışılmalıdır: “Biz xüsusilə də Krımın qanunsuz ilhaqından sonra Rusiyanın qonşusu olan ölkələrə zəmanət verməliyik ki, onların təhlükəsizliyi sual altında deyil. Biz prezident Putinin buranı öz nüfuz dairəsi saymasını iddia etməsinə baxmayaraq, prezident Reyqanın və xanım Marqaret Tetçerin Şərqi Avropaya gətirdiyi azadlığı təhlükəyə atmamalıyıq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə