Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan Lapşini gətirmək üçün Minskə təyyarə göndərdi
Azərbaycan Lapşini gətirmək üçün Minskə təyyarə göndərdi
27 Yanvar 2017 / 12:40 / Baxış sayı: 1150
Font1 Font2 Font3 Font4

Xəbər verildiyi kimi dünən  yanvarın 26-da Minsk məhkəməsi bloqqer Aleksandr Lapşinin apellyasiyasına baxıb və onun Bakıya ekstradisiyası haqda qərarı qüvvədə saxladığını elan edib.

Virtualaz.org xəbər verir ki, İsrailin «Haaretz» qəzeti diplomatların Bakıya əngəl olmaq cəhdlərinin, hələ ki, nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də, nəyəsə nail olacaqlarına artıq inanmadıqlarını yazır.

Aleksandr Lapşin dekabrda Minskdə Bakının tələbiylə tutulub. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlarıdr. 40 yaşlı bloqqer həm İsrail, həm də Rusiya vətəndaşıdır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov bu günlərdə mətbuatla görüşündə Lapşinin ekstradisiyasına imkan verilməyəcəyinə işarə etmişdi. Bu isə İsrailin bloqqeri azad etdirmək ümidlərini artırmışdı.

«Haaretz»in yazdığına görə, hətta Moskvadakı səfir Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş. Bütün bunlara baxmayaraq, yanvarın 18-də Belarusun baş prokurorunun müavini Alyaksey Stuk Lapşinin ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqqerin vəkili sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk məhkəməsinin dünənki qərarından sonra Belarusun Ali Məhkəməsinə müraciət göndərilib, Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq. «Haaretz» qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazır.

Keçən həftə İsrail rəsmiləri daha nikbin idilər. Onlar bloqqerin Azərbaycan prezidentindən yazılı üzr istəməsini, bununla da məsələnin bağlanmasını istəyirdilər. Ancaq Bakı məsələyə gözlənildiyindən prinsipial yanaşıb, «Haaretz»in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, bu təklifi də rədd edib. Təhvil verilsə, Lapşini Azərbaycanda 8 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Lapşinin Azərbaycana ekstradisiyasından ən çox Ermənistan təşviş keçirir, bunun Qarabağa qanunsuz səfər edən başqa xarici vətəndaşlar üçün də presedentə çevriləcəyini, onları belə səfərlərdən çəkindirəcəyini nəzərə alır. Bu isə son illər işğal altındakı Azərbaycan ərazilərində turizmi inkişaf etdirmək istəyən Ermənistan üçün ciddi zərbə olardı. Məhz bu səbəbdən rəsmi Bakı məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində baxır və İsraillə möhkəm tərəfdaşlıq münasibətlərinə baxmayaraq bu ölkənin bloqqerin təqib olunmasını dayandırmaq barədə israrlı xahişlərini yerinə yetirmir. Azərbaycan üçün bloqqerin Bakıya ekstradisiyası onu gözləyən cəza müddətini çəkməsə belə, mühümdür. Rəsmi Bakı bu ekstradisiyaya nail olduqdan sonra bloqqerin barəsində əfv qərarı çıxarıb onu İsrailə təhvil verə bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə