Загрузка...
Xəbər lenti



Загрузка...

Ermənistan müdafiə nazirindən İrana KRİTİK SƏFƏR
Ermənistan müdafiə nazirindən İrana KRİTİK SƏFƏR
27 Yanvar 2017 / 12:45 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək.

arxiv.bizimxeber.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Sarkisyan özü jurnalistlərə açıqlamasında bildirib.

“Yaxın günlərdə mən İrana səfər edəcəyəm. Bu olduqca vacib dialoqdur. Bizim regionda təhlükəsizlik sahəsində çoxsaylı hədəflərimiz var”, – deyə Viqen Sarkisyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri qonşu ölkələrlə qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə