Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“”Qırmızı xətlər”i bilməliyəm” – Fransalı həmsədr
“”Qırmızı xətlər”i bilməliyəm” – Fransalı həmsədr
27 Yanvar 2017 / 13:25 / Baxış sayı: 992
Font1 Font2 Font3 Font4

“Dağlıq Qarabağ münaqişəsi elə şəkildə həll olunmalıdır ki, hər kəs özünü qalib hiss edə bilsin”.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti “Mediamax”a müsahibəsində deyib.

 O bildirib ki, həmsədrlərin işinin əsas mahiyyəti qarşılıqlı etimad, konfidensiallıq, konstruktivlik və daimi fikir mübadiləsinə əsaslanan kollektiv yanaşmadan ibarətdir: “Mənim münaqişənin şəxsi töhfələrim və ideyalarım da bu çərçivədə olacaq. Dağlıq Qarabağ münaqişəsinin ədalətli və stabil həllinə gətirib çıxara biləcəyi ümidi ilə vicdanlı həmsədr kimi aktiv işləmək niyyətindəyəm”.

Həmsədr ötən ilin dekabrında regiona səfər etdiyini, hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri ilə görüşdüyünü xatırladıb: “Onların qeydləri və fikirləri mənim üçün çox qiymətli idi. Çünki işimi düzgün şəkildə qurmaq və icra etmək üçün onların mövqeyini, məqsədlərini, “qırmızı xətlər”ini bilməliyəm. Hazırda münaqişənin həlli ilə bağlı ən əsas məsələ tərəflər arasında dialoq və etimadı bərpa etməkdir. Bunun üçün sağlam, güclü və effektli dinamikanı təmin etmək vacibdir. Silahlı toqquşmaların yenidən başlamasının və istənilən zorakılıq hallarının qarşısını almaq üçün əlindən gələni etmək zəruridir. Çünki bu, heç kəsə fayda vermir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə