Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmisinin öldürdüyü qızın Facebook-da son paylaşımı polisi ŞOK ETDİ
Əmisinin öldürdüyü qızın Facebook-da son paylaşımı polisi ŞOK ETDİ
27 Yanvar 2017 / 13:29 / Baxış sayı: 3288
Font1 Font2 Font3 Font4

İzmirin Çiğli Mahalında cinayət əməlinə görə 2005-ci ildən məhbus həyatı yaşayan Turan Sərtin kirayələdiyi evdə 23 yaşlı qardaşı qızı Şeyma Soyuipəyi qətlə yetirib, daha sonra özünün intihar etməsi haqda məlumat vermişdik.

Əmi-qardaşqızı cinayətinin sirli məqamları hələ də çözülə bilmir.

Polis əminin qardaşı qızını niyə öldürdüyünü və sonra intihar etdiyini araşdırarkən mənzildə tapılan narkotik maddələr (amfetamin) də diqqət çəkib.

Cinayətdən sonra araşdırma zamanı Şeyma Soyuipəyin Facebook səhifəsindəki bir paylaşımı diqqət çəkib. Şeyma: “Yeni kitabım, baxaq nə zaman bitirəcəm”, – qeydiylə Murat Güloğlunun Alfa Nəşrlərindən olan “Ağıl savabı ürək günahı sevər – Mənim adım günah” adlı kitabın üzünü paylaşıb. “Ürək günahsız, ağıl şeytandır?” sualını soruşan romanın qəhrəmanı Səlim günahlarının hesabını verməmiş yeni günahlara doğru gedərkən bir qıza aşiq olur və məsumluğun qollarına sığınır. Həyatında yeni bir qapı açıldığını düşünərkən köhnə sevgilinin ehtirasına əsir olub onun günahına doğru irəliləməyə başladığında sorğu-suallarla sarsılır. İndi polis, bu məlumatlara əsasən hadisənin sirrini açmağa çalışır.

Məlumata görə, əmi Turan Sərt 11 illik həbsxana həyatından beş ay öncə azadlığa çıxmışdı. Artıq 35 yaşı olan Sərt doğru bir həyat qurmaq istədiyini söyləyirdi. Sonuncu dəfə uşaqkən gördüyü qardaşı qızı Şeyma Soyuipək böyüyüb, gözəl bir qız olmuşdu. Onlar qısa müddətdə bir-birinə isinişiblər. Turan Sərt bir tərəfdən iş axtararkən, digər tərəfdən də qohumu Şeyma ilə tez-tez görüşüb, birlikdə vaxt keçirirmiş.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə