Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çox hirsləndim, çünki ağ yalandır!” – Tramp qəzəblənib – VİDEO – FOTO
“Çox hirsləndim, çünki ağ yalandır!” – Tramp qəzəblənib – VİDEO – FOTO
27 Yanvar 2017 / 13:36 / Baxış sayı: 1488
Font1 Font2 Font3 Font4

“Gəlin hansı nəqliyyat vasitələrindən necə istifadə etdiyimə baxın”.

ABŞ prezidenti Donald Tramp dünən amerikalı jurnalistləri ilk dəfə olaraq dövlət başçısı üçün nəzərdə tutulmuş “Air Force One” təyyarəsinə dəvət edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, “Marine One” helikopteri ilə “Joint Base Andrews”a yollanan D.Tramp orada jurnalistlərlə birlikdə “Air Force One” təyyarəsinə minib.

Filadelfiyaya uçan Tramp orada respublikaçı senatorlarla və konqresmenlərlə görüşüb, sonra geriyə, Vaşinqtona qayıdıb.

Reportyorlar Trampla birlikdə Ağ evə daxil olublar, prezidentin iş otağına baş çəkiblər.

Bu zaman reportyorları Ağ evin mətbuat katibi Şon Spayser müşayiət edib.

Daha sonra D.Tramp Fox News-a müsahibə verib.

“ABŞ mediası məni irqçilikdə suçlayır. Yazırlar ki, güya inauqurasiyadan sonra Oval Kabinetdən Martin Lüter Kinqin büstünün götürülməsinə göstəriş vermişəm. Bu, çox ciddi və ağır ittihamdır. Faktiki olaraq məni irqçilikdə suçlayıblar. Ağ yalandır! Çox hirsləndim və soruşdum ki, büstü kim götürüb?! Dedilər ki, büstə kimsə toxunmayıb. Amma media həqiqət bəlli olandan sonra təkzib vermədi. Kinqə sayğım böyükdür. Onun büstünü əsla Ağ evdən götürmərəm”, – Tramp deyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə