Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisi bu sürücüləri də cərimələyəcək
Yol polisi bu sürücüləri də cərimələyəcək
27 Yanvar 2017 / 13:44 / Baxış sayı: 1018
Font1 Font2 Font3 Font4

Yol polisi Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusi ilə mərkəz hissələrdə reydlər keçirir.

Bu barədə lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakının bütün yol polisləri səfərbər edilib: “Xüsusilə mərkəzi hissələrdə çox ciddi tədbirlər görülür. Qadağan edilmiş yerlərdəki park edilmiş avtomobillər ya evakuasiya edilir, ya da yol polisi avtomobillərindəki bort-kompüterlər vasitəsi ilə həmin sürücülər barəsində elektron protokol tərtib edilir. Nə qədər ki, sürücülər bu kimi məsələlərə etinasız yanaşacaqlar, reydlər davam etdiriləcək. Biz bir daha bütün sürücüləri nizam-intizama davət edirik”.

V.Əsədov əlavə edib ki, reydlər zamanı binaların ətrafındakı ümumi istifadə edilən yollarda, yaşayış yerinin yaxınlığından keçən yolda qaydaları pozaraq avtomobil saxlamış, yolun hərəkət hissəsini zəbt etmiş sürücülər də məsuliyyətə cəlb edilir: “Bu kimi hallar da inzibati məsuliyyət yaradır və bu gün başqasının yolunu kəsib avtomobil saxlayan sürücü düşünməlidir ki, sabah eyni vəziyyətlə özü qarşılaşacaq. Belə sürücülərdən istəyimiz həm də odur ki, öz nömrələrini yazıb avtomobilin şüşəsinin qarşısına qoysunlar, çünki belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evdə oturanları da narahat edirlər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə