Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

15 yaşlı baldızını qaçıran şəxs HƏBS EDİLDİ – Cəlilabadda
15 yaşlı baldızını qaçıran şəxs HƏBS EDİLDİ – Cəlilabadda
27 Yanvar 2017 / 16:59 / Baxış sayı: 1468
Font1 Font2 Font3 Font4

Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyevanı qaçırmaqda təqsirləndirilən rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu həbs edilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Trend-ə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılaraq istintaqa cəlb edilib. Ə.Məmmədov barəsində Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Şöbədən bildiriblər ki, azyaşlı qız tapılandan sonra izahatında bacısının həyat yoldaşı Ə.Məmmədov tərəfindən qaçırılaraq Bakının Nərimanov rayonu ərazisində qaldığını bildirmişdi. Azyaşlının ifadəsindən sonra Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanılıb və təqsirləndirilən Ə.Məmmədov barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, A.Nağıyeva 2016-cı il sentyabrın 23-də itkin düşmüşdü. Araşdırmalar zamanı onun bacısının həyat yoldaşı, Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Nərimanov rayon ərazisinə qaçdığı məlum olmuşdu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə