18:54
Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.
Məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına – 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib./APA/