Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DTX-dan antiterror əməliyyatları – Hədəf və mesajlar
DTX-dan antiterror əməliyyatları – Hədəf və mesajlar
27 Yanvar 2017 / 21:35 / Baxış sayı: 1004
Font1 Font2 Font3 Font4

Milli.Az xəbər verir ki, rəsmi məlumatlara görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təkcə son 3 ayda Bakıda və respublikanın rayonlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 dini radikal ekstremist məhv edilib, bir nəfəri isə zərərsizləşdirilərək həbs olunub.

DTX-nin radikal dini ekstremistlərə qarşı əməliyyatlarının mahiyyətini Milli.Az-a şərh edən sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib ki, son vaxtlar DTX tərəfindən keçirilən bu əməliyyatlar təqdirəlayiqdir və çox böyük əhəmiyyət daşıyır:

“Bu, o deməkdir ki, Azərbaycanda dini ekstemizlə, eyni zamanda terror təşkilatları ilə hər hansı əlaqəsi olan radikal qrupların sıradan çıxarılması istiqamətində müvafiq addımlar atılır. Son vaxtlar respublikanın müxtəlif rayonlarında, o cümlədən Bakının Sabunçu, Yasamal rayonları ərazisində keçirilən tədbirlərdə 6 nəfərə yaxın terrorçu və radikal dini ekstremist sıradan çıxarılıb. Yanvarın 26-da keçirilən əməliyyat da buna bir daha sübutdur.

Məlumdur ki, ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən, xarici ölkələrdə müxtəlif qanunsuz silahlı birləşmələrin, eləcə də terror təşkilatlarının sıralarında yer alan bir neçə şəxs Azərbaycan vətəndaşlığından məhrum edildi. Lakin vətəndaşlıqdan məhrumetmə ilə yanaşı, onların məhv edilməsi də aparılan mübarizənin tərkib hissəsi kimi başa düşülməlidir.

Bu əməliyyatlar xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində olmuş, terrorçulara qoşulmuş radikal dini ekstremistlərə, o cümlədən Azərbaycanda müxtəlif təxribatlar yaratmaq istəyən bütün şəxslərə və qüvvələrə bir mesajdır. Azərbaycan bu qüvvələrə qarşı mübarizəni bundan sonra da ən sərt formada davam etdirəcək”.

Xatırladaq ki, zərərsizləşdirilən şəxslərin qondarma vəhabi dini təriqətinin üzvləri olduqları bildirilir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda dini radikalizm və ekstremizə qarşı mübarizə ilə bağlı bildirib:

“İstənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər. Hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə