Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Verilişdən sonra ölən məktəb direktorunun qızı – “Günah Azər İsmayılovdadır”
Verilişdən sonra ölən məktəb direktorunun qızı – “Günah Azər İsmayılovdadır”
27 Yanvar 2017 / 21:58 / Baxış sayı: 1156
Font1 Font2 Font3 Font4

ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Musavat.com saytının əməkdaşı məsələni aydınlaşdırmaq üçün mərhumun evində olub.

Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.

Mərhum drektorun qızı saytımıza bunları deyib: “Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.

Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.

Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə