Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“WhatsApp”da bunu edən yandı
“WhatsApp”da bunu edən yandı
28 Yanvar 2017 / 22:26 / Baxış sayı: 984
Font1 Font2 Font3 Font4

Mesajlaşma xidməti yazışmaları qorumaq üçün daha bir addım atır

Ani mesajlaşma xidməti olan “WhatsApp” daha bir yeniliyə imza ata bilər. İstiPress-in məlumatına görə, müxtəlif şəbəkələr istifadəçilərinin özəl məlumatlarını qorumaq üçün fərqli addımlar atırlar.

“Instagram”, “Snapchat” və “Periscope” kimi tədbiqlərdə ekran görüntüsü alınan zaman istifadəçiyə xəbərdarlıq məlumatı gəlirdi. Bu özəlliyin yaxın zamanda “WhatsApp” üçün də tədbiq ediləcəyi iddia edilir. Bu sayədə qarşı tərəf danışıq pəncərəsinin görüntüsü çəkilən zaman xəbərdar olacaq və özəl informasiyalarını daha yaxşı qoruya biləcək.

İddiaya görə, bu yenilik fevralın 5-dən sonrakı yenilənmə ilə xidmətə başlayacaq.

Qeyd edək ki, bu yaxınlarda dünyada milyonlarla insanın istifadə etdiyi mesajlaşma xidməti daha iki yeniliyi ilə sevindirib. Belə ki, bu zaman kimi “WhatsApp”la istifadəçilər maksimum 10 fotonu birdəfəyə göndərə bilirdilər. Lakin yenilənmədən sonra bu say 30-a çıxıb.

Bundan başqa “WhatsApp” artıq internet bağlantısı kəsilsə belə mesajları qarşı tərəfə göndərəcək.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə