Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya səfirinin qətlinin sifarişçisi kimdir? ŞOK DETAL
Rusiya səfirinin qətlinin sifarişçisi kimdir? ŞOK DETAL
28 Yanvar 2017 / 11:21 / Baxış sayı: 2226
Font1 Font2 Font3 Font4

Rusiyalı səfirin qatiliylə bağlı yeni detal – 19:41-də öldürdü, 21:30-da silindi

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar ortaya çıxıb.

İstiPress-in “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Karlovu öldürən polis məmuru Mevlüt Mert Altıntaşa aid Gmail hesabındakı məktubların o vurulduqdan 2 saat sonra silindiyi müəyyən edilib.

Cinayətkarın qaldığı evlərdə ələ keçirilən kompüter və cib telefonu, Kibercinayətlə Mübarizə İdarəsi tərəfindən araşdırılmağa başlanılıb. Onun 4 xana ilə şifrələnən mobil telefonuna başqa bir xətlə daxil olmaq mümkün olub. Təcavüzkarın istifadə etdiyi SİM kart da araşdırılıb. Prokurorluq əhəmiyyətli bir məlumat əldə edib. Səfirin qatilinin kompüterində, axtarış servisi “Google”un “Gmail” poçt hesabı olduğu təsbit edilib. İnformasiya mütəxəssisləri Altıntaşın hesabındakı məktubların hücumdan sonra silindiyini təyin ediblər.

Saat 19.10-da Karlovu qətlə yetirib saat 19.41-də öldürülən Altıntaşın Gmail hesabındaki məktubların saat 21.30-da şəxsiyyəti müəyyən edilməyən bir nəfər tərəfindən silindiyi ortaya çıxıb. Geri qaytarma qutusunu da araşdıran mütəxəssislər, mesajların heç bir “qalıq” buraxılmadan silindiyini müəyyən ediblər.

Indi prokurorluq əməkdaşları qətldə ikinci bir insanın da əlinin olduğundan şübhələnir. Altıntaşın hesabına kimin girdiyini, məktublarını kimin sildiyini tapmaq üçün istintaq daha da gücləndirilib. Gmail ofisindən də mesajların çıxarışı istənilib. Ehtimal edilir ki, mesajı silən qətlin sifarişçisi ola bilər.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə