Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda həkim piyadanı vurub öldürdü
Bakıda həkim piyadanı vurub öldürdü
28 Yanvar 2017 / 11:43 / Baxış sayı: 946
Font1 Font2 Font3 Font4

Dünən saat 21 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arxiv.bizimxeber.az SalamNews-a istinadən xəbər verir ki, hadisə 8-ci km bazarı yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada, Elşən Süleymanov küçəsi ev 55, mənzil 15-də qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Həşimov Mirfadə Seydəli oğlunu “Hyundai” markalı avtomaşın vurub.

Yaralı təcili tibbi yardım maşını ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaq hərəkətləri zamanı hadisəni törədən sürücünün qadın olduğu məlum olub. İşi araşdıran müstəntiq Cəmşid Sadıqovun verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü Səidə Əlixanova “Səhhət” klinikasında həkim-ginekoloq işləyir. Sürücünün izahatı alınıb və təyin olunacaq avtotexniki ekspertizadan sonra fakta hüquqi qiymət veriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə