Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ən az hansı ölkədə yatırlar
Ən az hansı ölkədə yatırlar
28 Yanvar 2017 / 23:43 / Baxış sayı: 1092
Font1 Font2 Font3 Font4

Keyfiyyətli yuxu üçün bu məhsullardan uzaq durun

Alimlər əhalisi ən çox və az yatan ölkələri müəyyən ediblər. İstiPress-in məlumatına görə, amerikalı və avstraliyalı alimlər birlikdə araşdırma apararaq maraqlı nəticələr əldə ediblər. Onlar 2006-2012-ci illərdə dünyanın 645 ölkəsində əhalinin məlumatalarını təhlil ediblər. Nəticədə aşağıdakı məlumatlar əldə edilib.

Yaponiya – 7 saat 16 dəqiqə

ABŞ –  8 saat 31 dəq.

Avropa – 8 saat 55 dəq.

Cənubi Koreya – 8 saat 57 dəq.

Rusiya – 9 saat 20 dəq.

Argetina – 10 saat 16 dəq.

Mütəxəssislər hesab edirlər ki, xalqların yuxu müddəti həm də onların genetikaları ilə bağlıdır. Ancaq onlar konkret hansı genin bu işə cavabdeh olduğunu müəyyən etməyiblər.

Maraqlısı odur ki, daha öncə insana dincəlmək üçün 7-8 saat yuxu kifayət edirdisə, indi bu 10-12 saata çatıb. Bu rəqəm həyəcan doğurmaya bilməz. Bu, həm psixoloji, həm də ürək, beyin damarları, ciyərləri ilə bağlı problemlərin olmasından xəbər verir.

Amerikalı alimlər yuxunun keyfiyyətinə təsir edən məhsulları da müəyyən etməyə çalışıblar. Onların qənaətinə görə, yağlı, fast fud qidalar qəbul edənlərdə uzun yuxu fazası 65 faizə kimi azalır. Şirniyyatı çox yeyənlər isə gecə ərzində bir neçə dəfə oyanırlar. Mütəxəssilər keyfiyyətli, uzun yuxu üçün bir şeyi məsləhət görürülər – yağlı və şirnidən uzaq durun.

Bundan başqa qadın və kişilərin də bioloji saatları fərqlidir. Daha doğrusu qadınlar kişiləri iki saat qabaqlayır. Bunun üçün də zərif cinsin nümayəndələrinə iki saat tez yatmaq tövsiyyə edilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə