Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Əhmədov: “İlham Əliyevin bu sərəncamı böyük hadisələrin müjdəçisidir”
Əli Əhmədov: “İlham Əliyevin bu sərəncamı böyük hadisələrin müjdəçisidir”
28 Yanvar 2017 / 12:37 / Baxış sayı: 948
Font1 Font2 Font3 Font4

“Azərbaycan prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır. Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır”.

Bu sözləri baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, sərəncam Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirdiyi çox əhəmiyyətli addımlardan biridir: “Azərbaycan dövləti və hökuməti bununla işğal atında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, cəmiyyətin yüksək əhval-ruhiyyəsini, ovqatını bütün dünyaya, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə mesajlarımızı vermiş oluruq. Bütün cəmiyyətimizin əhval-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, bu ərazilər bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da, həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq”. (APA)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə