Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Facebook”un sahibi Trampa qarşı çıxıb FOTO
“Facebook”un sahibi Trampa qarşı çıxıb FOTO
28 Yanvar 2017 / 13:47 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4

Mark Zükerberq Trampın qərarını tənqid edib

Feysbuk sosial şəbəkəsinin banisi Mark Zükerberq ABŞ prezidenti Donald Trampın qaçqınlarla əlaqədar fərmanını tənqid edib. İstiPress-in xəbərinə görə, Zükerberq bu haqda Feysbuk səhifəsində yazıb.

“ABŞ mühacirlərin ölkəsidir və biz bununla fəxr etməliyik”, – deyə Zükerberq qeyd edib. O, əlavə edib ki, onun əcdadları Almaniya, Avstriya və Polşadan gələnlərdir.

Qeyd edək ki, ABŞ prezidenti imzaladığı fərmanla Suriyadan olan qaçqınların qəbulunu dayandırıb. Qadağa 120 gün ərzində qüvvədə qalacaq. Bu müddət ərzində təhlükəsizlik orqanları ölkəyə terrorçuların daxil olmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirləri nəzərdən keçirəcəklər.

Eyni zamanda, Suriya qaçqınlarının qəbulu üzrə kvota da azaldılıb. ABŞ 2017-ci ildə 50 mindən artıq qaçqını qəbul etməyəcək. Keçmiş prezident Barak Obama dövründə bu rəqəm 120 min idi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə