Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kaliforniya ABŞ-dan ayrılır?
Kaliforniya ABŞ-dan ayrılır?
28 Yanvar 2017 / 15:52 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4

Ştatda imzatoplama kampaniyası başlayır

Kaliforniya ABŞ-ın tərkibindən çıxmaq istəyir. İstiPress-in məlumatına görə, artıq Calexit-lə bağlı ştatda imzatoplama kampaniyası başlayıb. İki gün öncə Kaliforniyanın öz daxili işlər naziri kampaniyaya icazə verib.

Calexit üçün 180 gün ərzində 585 407 imza lazımdır. Bu isə bütün ştat əhalisinin 8 faizi deməkdir.

Əgər onlar bunu edə bilərsə, 2018-ci ilin noyabr ayında Kaliforniya sakinləri yerli konstitusiyanın iki maddəsinin ləğvi ilə bağlı səs verəcək. Buna maddəyə əsasən onların ştatı ABŞ-ın ayrılmaz hissəsidir və ABŞ konsitutusiyası ilə ölkənin əsas qanunlar toplusu hesab edilir.

ABŞ-dan ayrılmaq barədə referendum isə 2019-cu ilin yazında ola bilər. Calexit üçün ştatda qeydiyyatda olanların ən azı yarısının razılığı lazımdır.

Kaliforniyanın müstəqilliyi barədə təşəbbüskarlar Donald Trampın qələbəsindən sonra ştatın baş prokurorluğuna 2016-cı ilin noyabrında referendum keçirilməsi haqqında petisiya təqdim etmişdilər.

Kaliforniya əhalisinin sayına görə (39 milyondan çox) ən böyük ABŞ ştatlarından biridir. Ərazisinə görə isə üçüncüdür.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə