Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Goranboyda kütləvi dava: yaralı var
Goranboyda kütləvi dava: yaralı var
29 Yanvar 2017 / 0:46 / Baxış sayı: 1196
Font1 Font2 Font3 Font4

Goranboy rayonunda kütləvi dava olub.

arxiv.bizimxeber.az “Report”a istinadən bildirir ki, hadisə axşam saatlarında, rayonun Sarov kəndində qeydə alınıb.
Belə ki, hələlik bilinməyən səbəbdən bir qrup şəxs arasında dava düşüb. Bu zaman Sarov kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Rafayıl Vidadi oğlu baş nahiyəsindən ağır zərbə alıb. O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Yaralıya tibbi yardım göstərən həkimlər onun burnunun sındığını müəyyən ediblər. R.Cəfərov ilkin yardımdan sonra Gəncədəki özəl xəstəxanaların birinə köçürülüb.
Yaralının vəziyyəti orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə