Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İslam İnkişaf Bankı Azərbaycanı dəstəkləyəcək
İslam İnkişaf Bankı Azərbaycanı dəstəkləyəcək
29 Yanvar 2017 / 10:11 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4

İslam İnkişaf Bankı (İİB) Azərbaycan hökumətini iqtisadiyyatın neftdən asılı olmayan modelinə keçiddə dəstəkləməyə hazırdır. arxiv.bizimxeber.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İİB-in vitse-prezidenti Sayed Ağa deyib.

Vitse-prezident deyib ki: “Azərbaycan qlobal iqtisadi sistemin bir hissəsidir, amma hazırda, təəssüf ki, yaxşı vəziyyətdə deyil. Bunun müxtəlif səbəbləri var: xammalın qiymətinin düşməsi, həm də siyasi və ticarət məsələləri. Belə vəziyyət Azərbaycan da daxil olmaqla, İİB-ə daxil olan bütün ölkələrə təsir göstərib”.

Sayed Ağa qeyd edib ki, bu gün Azərbaycan hökuməti neftdən asılı olmayacaq iqtisadiyyat modelinə keçid üçün addımlar atır:

“Xüsusilə, Bakıya səfər çərçivəsində [17-20 yanvar] biz iqtisadiyyat naziri ilə görüşlər keçirdik, burada bizi əczaçılıq daxil olmaqla müxtəlif sahələrdə istehsalın inkişafına dair planlar haqqında məlumatlandırdılar. Biz, həmçinin Kənd Təsərrüfatı Nazirliyində aqrar sektorun inkişafına köməyi və kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməyi də müzakirə etdik”.

Azərbaycan İİB qrupuna 1992-cü ildə qoşulub. Əməkdaşlığın əvvəlindən bank ölkədəki layihələrə 1,3 milyard dollardan çox pul ayırıb. Hazırda Azərbaycanda təxminən 400 milyon dollar məbləğində layihələrin reallaşdırılması davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə