Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bir az yatmaq istəyirəm” – Şairin son şeiri
“Bir az yatmaq istəyirəm” – Şairin son şeiri
29 Yanvar 2017 / 10:38 / Baxış sayı: 1074
Font1 Font2 Font3 Font4

Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür 

Şair ölümündən bir neçə ay əvvəl son şeirini oxucularının ixtiyarına vermişdi. Şeir sosial şəbəkələrdə çox müzakirə olunmuşdu.

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

Qeyd edək ki, Xalq şairi Vaqif Səmədoğlu ötən ilin bu günü vəfat edib. O, uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkib. Bir neçə dəfə İsraildə müalicə kursu keçib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Şair, dramaturq, publisist Vəkilov Vaqif Səməd oğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014) olub.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə