Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Nobel Komitəsinə müdaxilə edib?
Rusiya Nobel Komitəsinə müdaxilə edib?
29 Yanvar 2017 / 10:52 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

Norveçin əks-kəşfiyyatı Rusiya diplomatlarının Norveç Nobel Komitəsinin yen rəhbəri ilə görüşünü birmənalı qarşılamayıb.

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bu haqda yerli teleradio şirkəti olan NRK-nin məlumatında bildirilib.
Norveç əks-kəşfiyyatı bu görüşü Rusiya xüsusi xidmət orqanlarının Ukrayna prezidenti Pyotr Poroşenkoya Nobel sülh mükafatına namizəd olmasının qarşısını almaq kimi qiymətləndirib.
Norveç Nobel Komitəsinin direktoru Ulafa Nolstad qeyd edib ki, 2015-ci ilin yayında Rusiya səfirliyinin iki nümayəndəsi onunla görüşə gəlib. Bu zaman rus diplomatlar ona Poroşenko ilə bağlı məlumatlar və məktublar təqdim edib.
Onun sözlərinə görə, görüş zamanı məktubların saxta olduğundan şübhələnib və diplomatların məqsədlərinin nə olduğunu anlamağa başlayıb.
Təhlükəsizlik xidmətinin əks-kəşfiyyat bölməsinin rəisi Arne Kristian isə deyib ki, Nobel Komitəsində görüş keçirən iki diplomatdan biri Rusiya kəşfiyyatının əməkdaşıdır.
Rusiyanın Norveçdəki səfirliyi isə belə görüşün olduğunu təsdiq edib və bunu gündəlik diplomatik iş kimi qiymətləndirib. Lakin səfirlik bəyan edib ki, bunu Rusiya kəşfiyyatının həmləsi kimi təsəvvür etmək cəhdləri paranoidallıqdır.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə