Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Almaniyanın deputatı ABŞ-a buraxılmır
Almaniyanın deputatı ABŞ-a buraxılmır
29 Yanvar 2017 / 11:05 / Baxış sayı: 726
Font1 Font2 Font3 Font4

Almaniya Bundestaqında 53 yerə sahib olan “İttifaq-90/Yaşıllar” fraksiyasının xarici məsələlər üzrə eksperti Omid Nuripur ABŞ prezidenti Donald Trampın bu həftə imzaladığı fərmanla əlaqədar bu ölkəyə səfər edə bilmir.

arxiv.bizimxeber.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Buna səbəb 1975-ci ildə Tehranda anadan olan, 2002-ci ildə Almaniya vətəndaşlığı alan O. Nuripurun hələ də İran pasportuna sahib olmasıdır. O. Nuripur Bundestaqda Almaniya-ABŞ parlament qrupunun sədrinin müavinidir və bununla əlaqədar tez-tez ABŞ-a səfər etmək məcburiyyətindədir. O, indiyə qədər ABŞ-ın 50 ştatından 40-a səfər edib. D. Trampın fərmanı ilə İran vətəndaşları ilə bərabər ikili vətəndaşlığa malik şəxslərin də ABŞ-a səfərinə qadağa qoyulub.

O. Nuripur deyib ki, onun timsalında D. Trampın tətbiq etdiyi qadağanın nə dərəcədə absurd olduğu ortaya çıxır: “Almaniya hökuməti tək mənim yox, ABŞ-ın yeni qadağasının təsirinə məruz qalan bütün Almaniya vətəndaşlarını müdafiə etməlidir. Almaniya Vaşinqtonun fəaliyyəti ilə bağlı cavab tədbirləri görməlidir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə