Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcək
Rusiyalı turistlər Türkiyədə ödənişi rublla edəcək
29 Yanvar 2017 / 11:10 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4

Rusiyanın “Sberbank” və Türkiyənin “Denizbank”ı turizm və kənd təsərrüfatı sektorunda rublla ödəniş sistemi tətbiq etmək niyyətindədir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Denizbank” baş direktoru Hakan Ateş Moskvada təşkil edilən birinci “World Tourism Forum”da çıxışı zamanı bildirib.
“Rusiyalı turistlərə Türkiyədə banklarda və bankomatlarda hər cür əməliyyat aparmaq, ödənişi rublla etmək üçün imkanlar yaradılacaq”,-deyə Ateş bildirib.
Bundan əlavə o, “Biz “Sberbank”a pul köçürmələri və ödənişlər zamanı heç bir komissiya götürmədiyi üçün də təşəkkür edirik”,- deyə vurğulayıb.
Onun sözlərinə görə, artıq bəzi turizm operatorları və otellər rusiyalı turistlərə xidmət edən zaman ödənişləri lirə ilə deyil rublla qəbul etməyə hazırdır. Bu istiqamətdə “Atlas” aviakompaniyası ilə də işlər aparılır.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə