Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda mikroavtobuslar toqquşdu
Bakıda mikroavtobuslar toqquşdu
30 Yanvar 2017 / 10:42 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının qarşısında Bakı-Sumqayıt xətti üzrə hərəkət edən mikroavtobuslar toqquşub.

Qəza yolun buz bağlaması səbəbindən mikroavtobusun birinin sürüşərək digərinə çırpılması nəticəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, Bakı-Saray-Sumqayıt maşrutu ilə hərəkət edən 503 (keçmiş 14) nömrəli mikroavtobus sərnişinləri düşürtmək üçün stansiyanın qarşısındakı dayanacaqda dayanıb. Həmin vaxt Bakı-Sumqayıt xətti ilə hərəkət edən 504 nömrəli mikroavtobusun sürücüsü də sərnişin düşürtmək üçün idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq istəyib. Lakin bu zaman mikroavtobus sürüşərək digər mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki mikroavtobusa ziyan dəyib. (report)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə