Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Texasda məscidə od vurdular – FOTO
Texasda məscidə od vurdular – FOTO
30 Yanvar 2017 / 11:19 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən müsəlmanların ölkəyə girişini yasaqlayandan sonra Birləşmiş Ştatlarda müsəlmanlara qarşı dözülməzlik aksiyaları şiddətlənib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Donald Tramp bununla bağlı sərəncamı imzalayandan cəmi bir neçə saat sonra Texas ştatındakı Viktoriya şəhərində yerləşən məscid yandırılıb. Viktoriya İslam Mərkəzinin (İslamic Center of Victoria) nəzdindəki məscid əvvəllər də ekstremistlərin hücumlarına məruz qalmışdı.

Şəhərin yanğınsöndürmə xidmətinin rəi si Tom Leqler olayla bağlı araşdırmaların sürətləndirilməsi üçün xüsusi xidmət orqanlarından yardım istəyib. Mərkəzin direktoru Şahid Həşmi isə məsciddəki yanğının səbəbləri tam aydınlaşdırılana qədər şayiələr yaymamağı xahiş edib.

“Yanğından əvvəl siqnalizasiya işləməyib. Məscidin qapıları da bağlı qalıb. Lakin yanvarın 21-də gecə kimsə məscidə girərək elektron avadanlığı, o cümlədən noutbukları aparmışdı”. 2001-ci ilin sentyabrın 11-də teraktlar olanda müsəlmanlar və qeyri-müsəlmanlar – hamımız bir yerdə idik. Təbii ki, məscid tam təmir ediləcək”, – Şahid Həşmi deyib.

Məscidin təmiri ilə bağlı internetdə kampaniya başlayıb. Təmirə gərəkli olan 850 min dolların 511 min dolları artıq yığılıb.

arxiv.bizimxeber.az

Texasda məscidə od vurdular - FOTO

Texasda məscidə od vurdular - FOTO

Texasda məscidə od vurdular - FOTO

Texasda məscidə od vurdular - FOTO

Texasda məscidə od vurdular - FOTO

Texasda məscidə od vurdular - FOTO



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə