Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsgərin ölümü ilə bağlı cinayət işi açıldı
Əsgərin ölümü ilə bağlı cinayət işi açıldı
30 Yanvar 2017 / 11:39 / Baxış sayı: 856
Font1 Font2 Font3 Font4

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

arxiv.bizimxeber.az  xəbər verir ki, bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib: “Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə