BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın yeddi ölkəyə qoyduğu viza qadağasına etiraz əlaməti olaraq Əsgər Fərhadi gələn ay Los Ancelesdə təşkil ediləcək mükafat mərasiminə qatılmayacağını söyləyib. Rejissor ABŞ-ın bu qərarının qəbul edilməz olduğunu vurğulayıb: “Tramp bu qərarı ilə ölkəsindəki insanlara digər xalqların mədəniyyətlərini qorxuducu bir şəkil əks etdirir.
Beləliklə o arada olan mədəniyyət fərqini anlaşılmamazlığa, anlaşılmamazlığı düşmənliyə çevirmək istəyir. Ümid edirəm ki, bu vəziyyət cəmiyyətlər arasında yeni bölgünün yaranmasına gətirib çıxarmaz”.
Xatırladaq ki, iranlı rejissor “The Salesman” filmi ilə Oscar mərasiminə dəvət olunub.
Qeyd edək ki, Tramp 7 ölkənin; İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşının ABŞ-a girişinə məhdudiyyət qoyub