Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçıları Hesablama Palatasından qorxmurlar… – Şok faktlar!
İcra başçıları Hesablama Palatasından qorxmurlar… – Şok faktlar!
30 Yanvar 2017 / 12:17 / Baxış sayı: 1824
Font1 Font2 Font3 Font4

Son günlər Hesablama Palatası daha bir neçə rayonda apardığı auditin nəticələrini açıqladı. Qurumdan verilən məlumatdan Goranboy və Quba rayon İcra Hakimiyyətlərində (RİH) korrupsiya faktlarının aşkarlandığı məlum olurdu. 

Sonda isə standart şəkildə bildirilirdi ki, “Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib”.
Görünən odur ki, yerli məmurlar Hesablama Palatasının yoxlamalarından bir o qədər də narahat deyillər. Əgər belə olmasaydı, qurumun öncəki illərdə apardığı auditlər nəticəsində yeyintilərin üzə çıxarıldığı rayonlarda həyata keçirilən yeni təftifşlərin sonucları fərqli olardı.
Amma belə görünür ki, həmin rayonlarda “köhnə hamam, köhnə tas” prinsipi işləyir: Hesablama Palatası gəlir, yoxlayır, gedir, nəticələri Milli Məclisə bildirir və…
Və növbəti auditdə eyni məmurların eyni korrupsiya əməllərini bəzən hətta qatbaqat artıq dərəcədə təkrarladığı üzə çıxır!
Məsələn, Qaynarinfo.Az-ın araşdırması nəticəsində məlum olur ki, Hesablama Palatasının yenicə korrupsiya faktlarını ortaya çıxardığı Goranboy rayonunda hələ 2 il əvvəl də ciddi mənimsəmə halları aşkarlanıb. Belə ki, 2015-ci ilin aprelində yayılan rəsmi məlumatda Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonları ilə bərabər, Nizaməddin Quliyevin rəhbərlik etdiyi Goranboy rayonuna ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlandığı bildirilirdi.
Nizaməddin Quliyev (Goranboy RİH başçısı)
Ən ilginci isə o idi ki, həmin vaxt Goranboy RİH-dən baş verən nöqsanlarla bağlı tədbirlərin görüldüyü (!) və 1 böyük məsləhətçiyə xəbərdarlıq edildiyi (!!!) bildirilirdi.
Və yaxud 9 ay öncə Hesablama Palatasının 2015-ci ildə Qubada aparılan yoxlama zamanı aşkarlanan korrupsiya halları ilə bağlı rayonun mərkəzi xəstəxanasının 6 nəfər vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirlərinin tətbiq edildiyi, baş mühasibə, 2 mühasibə, iqtisadçı və 2 əməkdaşa töhmət verildiyi deyilirdi.
Bu gün isə…
Bu gün isə nəticə ortadadır: iki il sonra eyni rayonlarda daha böyük miqyasda korrupsiya faktları ifşa edilir!
Bu da onu təsdiqləyir ki, “kiçik padşahlar” kimi təfsir olunan yerli rəhbərlər Hesablama Palatasının yoxlamalrını qətiyyən ciddiyə almır, bu yoxlamaların nəticələrinə dırnaqarası yanaşır, hansısa beşinci, onuncu dərəcəli vəzifəli şəxslərə formal cəzalar verməklə bu yeyintiləri unutdurmağa, ört-basdır etməyə çalışır və sonra da bildikləri əməllərlə məşğul olurlar!
Yaşar Məmmədov (Quba RİH başçısı)
Səbəb aydındır: əksər şəhər və rayonların icra başçıları daha yüksək çinli məmurların himayəsində olduqlarından özlərini toxunulmaz sayır və dövlət vəsaitləri ilə istədikləri kimi rəftar etməyə davam edirlər…
P.S. 2013-cü ildə Hesablama Palatası Zərdab rayonunda kütləvi maliyyə pozuntuları aşkarlamışdı.
Həmin vaxt Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ondan bu barədə soruşan KİV nümayəndəsinə elə beləcə də cavab vermişdi: “Mən hazırda istirahətdəyəm. Hesablama Palatasının yoxlaması barədə heç nə deyə bilmərəm. Gedin, Palatadan soruşun”.
Lütfəli Babayev (Zərdab RİH başçısı)
Fikrimizcə, bu, icra başçılarının adıçəkilən quruma və onun apardığı auditlərə əsl münasibətini bilmək üçün kifayət qədər yetərli faktdır.
Belə görünür, Hesablama Palatasının yoxlamalarının real nəticə verməsi üçün artıq başqa cəza tədbirlərinə əl atmasının vaxtıdır…
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə