Загрузка...
Xəbər lenti



Загрузка...

“Azəravtoyol” ASC-nin işini yol polisi görür – YOLA DUZ SƏPİR – VİDEO
“Azəravtoyol” ASC-nin işini yol polisi görür – YOLA DUZ SƏPİR – VİDEO
30 Yanvar 2017 / 13:23 / Baxış sayı: 1134
Font1 Font2 Font3 Font4

Bakıda yol polisi əməkdaşının qarlı havada yola duz səpməsini əks etdirən video yayılıb. Videoda DYP əməkdaşı mağazada qutuda satılan xörək duzunu yola səpməsi əksini tapır.

Və çoxları bu görüntülərdəki yol polisini ələ salan, qınayan fikirlər yazır. Sayt yazır ki, yol polisinin nə qanunvericiklə, nə də “Yol-patrul xidməti haqqınnda” Təlimatla yolda qar təmizləmək, buzda sürüşən maşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur.

“Onların işi yolda hərəkətin təşkilini və təhlükəsizliyini təmin etməkdir. Bu videoda gördüyünüz yol polisinin kiçik hərəkəti isə əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, svetoforda avtomobillərin dayanmasının çətinləşdiyini, tormoz məsafəsi uzandığı üçün sürüşüb yolayrıcına çıxdığını görərək bunun qarşısını almaq qərarına gəlir.

Əslində, bunu Bakı Şəhər İcra Hakimiyyəti və “Azəravtoyol” ASC-nin əməkdaşları xüsusi texnikalarla etməli idi”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə