Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhəd Abıyevin halı niyə pisləşdi? – Prezidentin iştirak etdiyi konfransda
Əhəd Abıyevin halı niyə pisləşdi? – Prezidentin iştirak etdiyi konfransda
30 Yanvar 2017 / 16:12 / Baxış sayı: 2902
Font1 Font2 Font3 Font4

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib. 

BakiPost.az-ın məlumatına görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.
Ətrafdakı insanlar, media nümayəndələri ona yardım ediblər, Təcili Yardım çağırmaq istəyiblər. Lakin o, həkimə ehtiyacın olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir. Hökumət ümayəndələrinin, icra başçılarınınqatıldığı konfranda prezident İlham Əliyev də  iştirak edib və geniş nitq söyləyib.
***
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyev halının qəfil pisləşməsindən danışıb.
O, Unikal.org-a deyib ki, tədbir zamanı böyük qardaşının ölüm xəbərini eşidib və buna görə, halı xarab olub: “Böyük qardaşım İbrahim Abıyevi itirdim. Halım pisləşdi, özümü itirdim. Hazırda mərasim yerindəyəm, özümü yaxşı hiss etmirəm”.
arxiv.bizimxeber.az


Əhəd Abıyevin halı niyə pisləşdi? – Prezidentin iştirak etdiyi konfransda yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə